21-ci əsrin ən yaxşı baş məşqçisi kimdir? – SİYAHI

0
12

“Goal” 21-ci əsrdə dünyanın ən yaxşı məşqçilərinin reytinqini tərtib edib.

Siyahıya Pep Qvardiola (“Barselona”, “​​Bayern”, “Mançester Siti”) başçılıq edir. İkinci sırada Karlo Ançelotti (“Milan”, “Çelsi”, “Bayern”, “Real”) qərarlaşıb. “İlk üçlüy”ü “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson tamamlayıb.

Sonrakı yerlərdə Joze Mourinyo (“Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”), Yurgen Klopp (“Borussiya Dortmund”, “Liverpul”), Zinəddin Zidan (“Real”), Dieqo Simeone (“Atletiko”), Visente Del Boske (İspaniya millisi), Luis Enrike (“Barselona”, ​​İspaniya millisi, PSJ), Antonio Konte (“Yuventus”, İtaliya millisi, “Çelsi”, “Napoli”), Arsen Venger (“Arsenal”), Unai Emeri (“Valensiya”, “Spartak”, “Sevilla”, PSJ, “Arsenal”, “Aston Villa”), Roberto Mançini (“İnter”, “Mançester Siti”, “Zenit”, İtaliya millisi), Lionel Skaloni (Argentina millisi) və Didye Deşam (Fransa millisi) qərarlaşıb.