Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilə qədər, ildə on milyon insan, təxminən hər üç saniyədə bir nəfər superbakteriyaların yaratdığı infeksiyalardan öləcək.
Bu məlumatı CNN-ə yoluxucu xəstəliklər üzrə epidemioloq Stefani Stratdi təsdiqləyib.
O qeyd edib ki, artıq 2022-ci ilin may ayında göz infeksiyalarının ağır hallarının antibiotiklərə müqavimət göstərməyə başladığı məlum olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin gələn ilin yanvarında verdiyi məlumata görə, gözləri nəmləndirmək üçün istifadə edilən süni göz yaşları superbakterial infeksiyaların mənbəyinə çevrilib.
Xəstəlik sürətlə yayıldı və 2023-cü ilin may ayına qədər artıq 18 ştatı əhatə etdi. Statistikaya görə, dörd ölüm qeydə alındı və on dörd nəfər görmə qabiliyyətini itirdi, həmçinin bir çox insanın bədəninin digər hissələrində infeksiyaya yoluxma halları aşkar olundu.