2050-ci ilə qədər insanların 91%-dən çoxu su problemi ilə üzləşəcək

0
139

Avropalı klimatoloqlar dünya üzrə 10 min su mənbəyinin vəziyyətini tədqiq edərək belə nəticəyə gəliblər ki, 2050-ci ilə qədər onların üçdə biri azot gübrələrindən çirklənmə nəticəsində insanların istifadəsi üçün yararsız olacaq. Nəticədə Yer kürəsində insanların 91%-dən çoxunun təmiz su problemi yaranacaq.

“Biz suyun çirklənməsinin bu əsrin ortalarına qədər qlobal suyun mövcudluğuna necə təsir edəcəyini ilk dəfə təhlil etdik. Hesablamalarımız göstərir ki, bunu nəzərə almaq problemli su təbəqələrinin sayını üç dəfə artıracaq və bunun nəticəsində planet əhalisinin 91%-dən çoxu yaşadığı yerdə (su mənbələrinin təxminən 48%-i) təmiz suya çıxış problemi ilə üzləşəcək”, – deyə tədqiqatda bildirilib.

Bu nəticəyə Vageningen Universitetinin dosenti Van Menju başda olmaqla bir qrup avropalı klimatoloq Yer kürəsinin bütün məskunlaşmış qitələrini əhatə edən 10 minə yaxın su mənbələrinin vəziyyətinin hərtərəfli tədqiqindən sonra gəlib. Keçmişdə elm adamları bu hövzələrdə suyun mövcudluğunun necə dəyişəcəyini təxmin etməyə çalışıblar, lakin onların hesablamaları suyun keyfiyyətini nəzərə almadı və yalnız suyun həcmindəki dəyişiklikləri izlədi.

Alimlər bu qiymətləndirmələri ən böyük su mənbərlərinin vəziyyəti haqqında mövcud məlumatlarla birləşdiriblər, bu da onlara cari problemli bölgələri müəyyən etməyə və yaxın üç onillikdə onların vəziyyətinin necə dəyişəcəyini proqnozlaşdırmağa imkan verib. Bu hesablamalar göstərib ki, təmiz suya çıxışla bağlı problemlər hazırda su mənbələrinin dörddə birini səciyyələndirir və 2050-ci ilə kimi bu rəqəm üçdə birinə qədər artacaq.

Bu problemli su mənbələrinin əksəriyyəti Yaxın Şərq, Cənubi və Şərqi Asiya ölkələrində, həmçinin Şimali Afrika və Avropada cəmləşib. Bu bölgələr bütün su hövzələrinin ümumi sahəsinin təxminən 48%-ni təşkil edir, halbuki Yer kürəsi əhalisinin əksəriyyəti, insanların ümumi sayının təxminən 91%-i onların ərazisində yaşayacaq.