2026-cı ilin Formula 1 təqvimi açıqlandı: Azərbaycan Qran-Prisi bu tarixdə keçiriləcək

0
12

2026-cı ildə keçiriləcək Formula 1 mövsümünün yarışlar təqvimi məlum olub.

76-cı çempionat 6–8 mart tarixlərində Melburnda keçiriləcək Avstraliya Qran-prisi ilə start götürəcək. Təqvimə yeni mərhələ – 11-13 sentyabr tarixlərində baş tutacaq Madrid Qran-prisi daxil edilib. Əvəzində Emilia-Romanya Qran-prisi çıxarılıb.

Azərbaycan Qran-Prisi isə 25-27 sentyabr tarixlərində keçiriləcək.

Çempionatın son mərhələsi isə 4–6 dekabrda Əbu-Dabidə baş tutacaq.