2026-cı ilə qədər azad olunmuş ərazilərə təxminən 66 min sakinin köçürülməsi planlaşdırılır

0
194

“2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

O əlavə edib ki, 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadratmetr ərazi minadan təmizlənib.

“Həmin ərazilərdən 66 000-dən çox mina və partlamamış sursat aşkar edilib. BMT-nin müstəqil ekspertləri proqnozlaşdırıblar ki, işğaldan azad olunmuş ərazilərdə 1 milyona yaxın mina və partlamamış sursat var və onların tamamilə təmizlənməsi üçün 25 il vaxt və 50 milyard dollar vəsait lazım olacaq”, – deyə o qeyd edib.