London Urban İnstitutunun hesabatına görə, Kopenhagen həyat keyfiyyətinə görə 2025-ci ilin ən xoşbəxt şəhəri seçilib.
Institut artıq altıncı ildir yaşamaq üçün dünyanın ən əlverişli şəhərlərinin siyahısını tərtib edir. Bu il o, 82 müxtəlif göstəricini əsas götürmək qərarına gəlib.
Reytinq altı əsas istiqamət üzrə tərtib olunur: idarəetmə keyfiyyəti, vətəndaşların iştirakı, ətraf mühitin keyfiyyəti, sağlamlıq, iqtisadi imkanlar və mobillik/nəqliyyat.
Siyahıya Kopenhagen, Sürix, Sinqapur, Orhus, Antverpen, Seul, Stokholm, Taybey, Münhen və Rotterdam liderlik edir.