ŞİRVANDA “ŞƏHİDLƏR XİYABANI” ZİYARƏT OLUNDU – “QƏDİR XUM İSTİRAHƏT MƏRKƏZİ”NDƏ İFTAR SÜFRƏSİ AÇILDI

0
116

Ötən gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM)  birinci vitse-prezidenti Ruhiyyə Poladovanın təşkilatçılığı ilə Şirvan şəhərində yerləşən “Şəhidlər Xiyabanı” ziyarət edildi, həmçinin cəsur, qəhrəman övladlar böyütmüş şəhid valideynləri ilə görüş keçirildi.

s

Bu ziyarətə DAMM-nin vitse prezidenti Ramil Məlikov, DAMM-ın Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova – Kərimova,  Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva,  “Carçı” jurnalının əməkdaşı Etibar Əliyev, “Cabir Novruz” Mədəniyyət Fondunun İdarə Heyətinin üzvü Rəsmiyyə Heybətağaqızı,  “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədli, şəhid İsrail Cəfərzadənin valideynləri və digər şəxslər də gəlmişdilər.

..

Qeyd edək ki, Şirvan şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nda həm birinci, həm də ikinci Qarabağ savaşlarında şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız uyuyur. Onların arasında “Naməlum Əsgər” məzarı da var…

shirvan-5

Xatırladaq ki, Birinci Qarabağ Savaşında qəhrəmanlıqla həlak olmuş Şirvan igidlərinin sayı 183 nəfər olub: onlardan 131 nəfəri Şirvan şəhərindakı “Şəhidlər Xiyabanı”nda dəfn edilib.

s

Digər şəhidlər isə el qəbiristanlıqlarında dəfn olunublar. Həmin savaşda 3 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb – Rəfail Həbibov,  Tahir Bağırov və Nofəl Quliyev.

İkinci Qarabağ Savaşında isə Şirvan şəhəri 27 nəfər şəhid verib. Şəhidlərdən Bakıdakı II Fəxri Xiyabanda dəfn olunanlar da var.

s

…Şəhid valideynləri ilə görüşdən sonra tədbir iştirakçıları Hacıqabul rayonunda yerləşən “Qədir Xum İstirahət Mərkəzi”nin sahibi Hacı İltifat bəyin Hacıqabul və Şirvan şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri üçün təşkil etdiyi iftar mərasiminə qatıldılar.

s

Çoxlu sayda insanın dəvət olunduğu iftar mərasimi din adamlarının “Qurani-Kərim”dən ayələr və Ramazan duasının oxunması ilə başladı:  şəhidlər anıldı, Ramazan ayının fəzilətindən, onun vəhdət və birlik ayı hesab edilməsindən, Qurani Kərimin məhz bu ayda nazil olmasından, əhya gecələrindən söhbət açıldı.

Mərasimdə Hacıqabul RİH başçısı Rüstəm Xəlilov da çıxış etdi və mərasim iştirakçılarını müqəddəs Ramazan ayı münasibətilə təbrik elədi.

s

İcra başçısı çıxışı zamanı Qarabağ savaşından da bəhs etdi və məhz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, diplomatiyamızın zəfəri, yenilməz Ordumuzun rəşadəti sayəsində Qarabağın erməni işğalından azad edildiyini vurğuladı. O, bu Böyük Qələbəni canı və qanı ilə bizə yaşatmış şəhidlərə rəhmət, qazilərə şəfa, ailələrinə səbr dilədi.

Sonda şəhid anaları ilə xatirə fotosu çəkildi:

s

ı