Apreldən Zəfərə gedən yol

0
209

Dünən Qəbələ rayon Savalan kənd tam orta məktəbinin müəllim kollektivi aprel şəhidi Sahil Şirinovun il dönümünə həsr olunmuş tədbir keçirmişlər.

Tədbirdə Savalan kənd tam orta məktəbinin direktoru, müəllim kollektivi , şagirdləri, şəhid ailələri, qazilər, yazarlar iştirak etmişlər.

Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sahil Şirinovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Şagirdlər şeir söyləmiş, kompazisiya nümayiş etdirmişlər.

Sahil Şirinovun valideynləri çıxış edərək Savalan məktəbinin müəllim kollektivinə öz təşəkkürünü bildirmişlər.

Tədbirdə çıxış edənlər aprel şəhidlərinin qəhrəmanlığından söhbət açmışlar.

Yazarlar şəhidlər haqqında yazdıqları kitabları Savalan məktəbinə xatirə olaraq hədiyyə vermişlər.

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri