YYSİB və AGF: layihə və “Kreativlik əlilliyə qalıb gəlir” adlı sənədli filmin təqdimat-müzakirəsi keçirilib

0
48
Azərbaycan Respublikasının Gənclər Fondunun – #AzGF -nin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İB-nin – #YYSİB -nin reallaşdırdığı, “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” layihəsinin və “Kreativlik əlilliyə qalıb gəlir” adlı sənədli filmin təqdimat-muzakirəsi kecirilib.

Tədbir Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Əmək Reabilitasiya Mərkəzində təşkil olunub.

Tədbirdə Mərkəzin rəhbəri Rəhilə xanım Həsrətova , Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, layihə rəhbəri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB üzvü, “Kreativlik əlilliyə qalib gəlir” sənədli filmin qəhrəmanı, yazıçı-bloger Samir İmanov, I Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü, yazıçı-publisist Hacı Qəni Camalzadə, Milli Qəhrəmanların Tanıtım İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin rəhbəri, qazi, ictimai xadim Ədhəm Məmmədov, Əməkdar jurnalist, “Lerik” qəzetinin baş redaktoru, yazışı-publisist İdris Şükürlü, Milli Qəhrəmanlar Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədr müavini və Vətənqəhrəmanları.az saytının sədr müavini Nərmin Səfərova, Yenimedia.az saytının məsul əməkdaşı Emin Abbasov, YeniMedia.az İnternet TV-nin məsul əməkdaşı Rüstəm İsmayılov və başqaları çıxış edərək layihə və filmin dəyərindən danışmış, yaradıcı heyətə uğurlar arzulamışdır.


Qızğın müzakirələrdən sonra filmə ictimai baxış baş tutdu.
YYSİB tərəfindən Mərkəzin iştirakçılarına 200-dən çox kitab hədiyyə olundu.

Sənədli film AGF və YYSİB-nin müştərək kreativ layihəsi əsasında, “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” inklüziv-kreativ layihəsi çərçivəsində çəkilib.

Sənədli film Azərbaycan Respublikasının Gənclər Fondunun XVII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” adlı ilayihəsi əsasında “OSCAR 1” MMC tərəfindən hazırlanıb.

AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin inklyüziv-kreativ layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun XVII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” adlı inklüziv-kreativ layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, üç ay müddətində maraqlı fəaliyyət növləri ilə cəmiyyətdə fiziki müəhdüdiyyətli gənc kreativlərin yaradıcılıq uğurlarının təbliğatı, əsərlərinin tanıdılması, həyat hekayəsini və problemlərini ictimailəşdirilməsini nəzərdə tutulub. Yaradıcı imkanlara malik kreativ əliil gənclərə dəstəkləmək, həssas qruplarla işləmək, dövlətimizin sosial siyasətini onlara çatdırmaq üçün yeni format və modellər işlənilməsinə ehtiyac duyulur.

Fəaliyyətlərlə görülən işlərin təbliğini aparmaq üçün İnternet, virtual TV, KİV, yeni media, sosial şəbəkə və platformalardan yararlanmaq vacibdir. Kreativ gənc əlillərin yaradıcılıq imkanlarının dəstəklənməsi ilə əlaqədar universal format – neo-maarifləndirici model hazırlayıb cəmiyyətə təqdimat edilməsinə hesablanmış layihə fiziki məhdudiyyətlilərə estetik bacarıqların aşılanması, əlil gənclərin kreativ-psixoloji dəstəklənməsi, sosiallaşma və ünsiyyət qabiliyətlərinin artırılması, bacarıqlarının reallaşdırması üçün model işlənilməsi də nəzərdə tutulub.

Real və virtual fəaliyyətlər həyata keçirməklə əlilliyi olan istedadllı gənc yazar Samir İmanov haqqında qısametrajlı film çəkilməsi, onun əsərlərinin elektron kitab formasında hazırlanması, təqdimat mərasiminin təşkili, yeni media və sosial şəbəkədə “Kreativlik əliliyə qalib gəlir” adlı neo-maarifləndirmə səhifəsinin müxtəlif məlumatlandırma materialları ilə zənginləşdirilməsi, real/onlayn görüşlərin təşkili də görüləcək işlər sırasındadır.