Muzeyin fəxri qonaqları

0
199

Bu gün Qəbələ şəhid ailələri Çuxur Qəbələ kəndinin tarixi ərazisini ziyarət etmişlər.

Ziyarətçiləri qoruğun elmi işçisi şəhid atası Mirazım Səmədov qəbul etmişdir.
Mirazım Səmədov arxeoloji tədqiqatlar haqqında geniş məlumat vermişdir.

Ziyarətçilər qədim Qafqaz Albaniyasının tarixi ərazisini gəzmiş, arxeoloji qazıntılar ilə tanış olmuşlar.
Arxeoloji mərkəzdə təşkil olunmuş qoruğun muzeyini ziyarət etmiş,muzeylə tanış olmuşlar.
Muzeyin qarşısında şəhid ailələrini qoruğun direktoru Zahir Kərimov qarşılaşmışdır.

Qəbələ Qədim Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur .
Rayonumuz təbii gözəllikləri ilə yanaşı, tarixi abidələri ilə də məşhurdur. Bu da təsadüfi deyildir.Qəbələ vaxtıilə Azərbaycanın paytaxtlarından biri olub.Bu tarixin izlərinə Qəbələnin bir çox yerlərində rast gəlmək olur.
Çuxur Qəbələ qədim tarixlərdən biridir

Qoruğun işçiləri də çalışır ki, tariximizi daha geniş şəkildə təbliğ etsin, muzeyi maraqlı eksponatlarla zənginləşdirsinlər.

Sonra Qoruğun rəhbəri Zahir Kərimov çıxis etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çuxur Qəbələnin tarixinə həsr olunmuş filmin təqdimatı nümayiş olundu.
Şəhid ailələrinə ” Qəbələ Şəhidləri” kitabı təqdim olundu.

Maraqlı söhbətlər çay süfrəsi arxasında davam etmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon sədri