Hakan Fidandan KRİTİK AÇIQLAMA: “Ukrayna və Rusiya o həddə çatıb və…”

0
77

Türkiyə Ukraynada atəşkəsə ehtiyac olduğunu açıqlayıb.

Bu barədə RBC-Ukrayna Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatına istinadla məlumat yayıb.

“Biz hesab edirik ki, Ukraynada atəşkəsin vaxtı çatıb. Atəşkəs işğalın tanınması demək deyil. Görünür, hər iki tərəf müharibə yolu ilə əldə edə biləcəklərinin həddinə çatıb.

Türkiyə hesab edir ki, işğalın və suverenliyin tanınması məsələsini atəşkəs məsələsindən ayırmağın vaxtı çatıb”, – nazir deyib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi ilə bağlı neytral mövqe tutur. Ankara Moskvanı birbaşa qınamamaqla yanaşı, Ukraynanın suverenliyini dəstəklədiyini bəyan edir.

Tammiqyaslı müharibənin başlanğıcında Ukrayna ilə Rusiya arasında danışıqlar İstanbulda aparılsa da, ciddi nəticə verməyib.

Türkiyə “taxıl dəhlizi”nin və bir neçə məhbus mübadiləsinin yaradılmasında da vasitəçi olub.

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna ilə Rusiya Federasiyası arasında vasitəçilik axtarışlarını davam etdirdiyini bildirib.