Ermənistandan 4 kəndlə bağlı yeni AÇIQLAMA

0
62

Delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisi məlumat yayıb.

Tavuşda işğal altında saxlanılan Qazaxın 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin hansı sənədlər üzərində müzakirə edildiyi açıqlanmayıb.

Həmçinin komissiyaların növbəti iclasının vaxtı haqqında da məlumat verilməyib.