Ermənistan Azərbaycanla sərhədə daha çox müşahidəçi toplayır

0
54

Avropa İttifaqının Ermənistandakı mülki missiyasının müşahidəçilərinin sayı artırılacaq.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziya kanalına müsahibəsində deyib.

“Ermənistanla Azərbaycan arasında sərhəd çox uzundur və Aİ-nin mülki missiyasının indiyədək malik olduğu resurslar işi lazımi səviyyədə təmin etmək üçün kifayət deyil. Biz hesab edirik ki, Aİ missiyası effektiv iş görür və buna görə də öz işini davam etdirmək və onu daha səmərəli etmək üçün onun daha çox imkanları olmalıdır”, – Qriqoryan bildirib.

Aİ missiyasının təkcə Azərbaycanla deyil, Türkiyə və İranla sərhəddə də monitorinq aparmasının mümkün olub-olmaması ilə bağlı suala Qriqoryan cavab verib ki, missiya yalnız Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir.