Dünya reytinqi: Qurban Qurbanov neçənci sırada qərarlaşdı?

0
110

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.

Planetin 500 ən güclü mütəxəssisinin sırasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı var. O, dünya reytinqində 140-cı yerdə qərarlaşıb.

52 yaşlı mütəxəssis 1670 xala malikdir. O, ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç isə 1616 xalla siyahıda 196-cıdır.

Qeyd edək ki, cədvələ 2224 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.