Bu məhsullar tütündən daha zərərlidir

0
67

Qəlyanaltılar, qazlı içkilər, hazır məmulatlar və bu kimi qidaların istehlakı xərçəng də daxil olmaqla 30-dan çox xəstəliyin riskini artırır.

ABŞ, Avstraliya, Fransa və İrlandiyadan olan bir qrup alimin bu barədə apardıqları araşdırmalarının nəticələri “The BMJ”də dərc olunub. Söhbət sənaye üsulu ilə istehsal olunan yarımfabrikat məhsullardan gedir. Alimlər hesab edirlər ki, belə məhsullar hətta tütündən də zərərlidir. Onların tərkibində boyalar, emulqatorlar və digər əlavələr var, həmçinin yağlar və duzlarla zəngindir, lakin lif və vitaminlər baxımından zəifdir.

Elm adamları son üç il ərzində təxminən on milyon xəstənin qidalanması haqqında məlumat toplayıb və belə qidaların istehlakının ölümcül ürək-damar xəstəlikləri riskinin 50%, narahatlıq və digər psixi pozğunluqları isə 48-53%, diabet xəstəliyini 12% , piylənməni 40-66% və ölüm riskini 21% artırdığını müəyyən ediblər. Ümumilikdə siyahıya onkoloji də daxil olmaqla 32 xəstəlik daxil edilib.

Bu dəhşətli nəticələrə baxmayaraq, müəlliflər vurğulayıblar ki, onların tədqiqatları ultra yarımfabrikat qidaların zərəri arasında səbəb-nəticə əlaqəsini dəstəkləmir. Onlar insanları sağlam qidalanma vərdişlərini gücləndirmək üçün səy göstərməyə çağırıblar.