Bakıya bunu verməsək, müharibə olacaq – Babayandan Paşinyana şok çağırış

0
87

“Paşinyanın “sülh qovşağı” layihəsi regional müharibəyə aparır”.

Bu barədə Qarabağdan İrəvana qaçan separatçı Samvel Babayan deyib.

Babayan Ermənistanın müharibədən qaçması və regional layihələrdə iştirak etməsinin iki yolunun olduğunu qeyd edib: “Birinci variant Azərbaycanın Naxçıvana çıxışı üçün Mehridən magistral yolun verilməsidir (Zəngəzur dəhlizi), amma bu yolda Ermənistanın suverenliyi qorunmalıdır. Belə bir variantda İrəvanın İranla problemləri olacaq. Lakin reallıqları nəzərə almalıyıq.

Azərbaycan Horadizə qədər yol çəkib, Türkiyə bu il Naxçıvan körpüsünə qədər dəmir yolunun inşasına başlayacaq. Belə olan halda Ermənistan ortada qalır. Ermənistan hakimiyyəti deyir ki, Mehridən yol verməyəcəyik, bu müzakirəyə qapalıdır. Bu, heç nəyi dəyişdirmir. Hərçənd, Azərbaycan regionda həm Ermənistanı, həm Türkiyəni, həm də Mərkəzi Asiyanı birləşdirən logistika yollarını təklif edir. Mərkəzi Asiyadan Qərbə uzanan bu yolu ABŞ və Avropa da dəstəkləyir”.

Babayan ikinci variantın Mehridən yolun verilməsindən imtina etmək olduğunu qeyd edir.

“Bu halda ordunu gücləndirməli, İran və Rusiya ilə əməkdaşlığı dərinləşdirməliyik. Üçüncü variant yoxdur. Üçüncüsü “sülh qovşağı” layihəsidirsə, bu, sülhə yox, müharibəyə aparır”, – o bildirib.