Anklavların təhvil-təslim prosesi gedir, tezliklə azərbaycanlılar… – Qevondyan açıqladı

0
53

“Anklavlarla bağlı bütün proses başa çatıb, yalnız təhvil-təslim və texniki məsələlər qalıb”.

Bu barədə erməni politoloq Alen Qevondyan Qazaxın hələ də erməni işğalında qalan kəndindən birinə – Yuxarı Əskipara kəndinə girmək istəyən “döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyanın saxlanılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq.

“Ermənistan vətəndaşları həmin ərazilərə buraxılmır. Tezliklə azərbaycanlılar orada peyda olacaq. Lakin Azərbaycan anklavlarla əlaqə üçün yol da istəyir. Bu məsələ lazım olarsa, hərbi yolla həll ediləcək”, – o deyib.

A.Qevondyan hesab edir ki, azərbaycanlılar bu ərazilərə, o cümlədən, Ermənistanın digər yerlərinə qayıdandan sonra onların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq struktur yaradıla bilər.