Zamanın hökmünə inanmayaq

0
108

Bəlli ki, zamanın hökmünə inananlar əksəriyyətimizi təşkil etmir. Amma təəssüf ki, bu inamı yaşadanlar onun təbliğindən də çəkinmirlər.
Əslində zaman nədir?
Qədim filosofların və digər elm adamlarının fikirlərinə əsaslansaq
fərqli teoriyalarla qarşılaşırıq.
İnsanların xarakteri və fərqliliyinə görə zaman fərqli anlam daşıyır.
Xoşbəxt olmaq haqqında elmə əsasən xoşbəxtlik
bu günlə yaşamaq bacarığının üzərində dayanır. Vaxt uçur-bu pis xəbərdir. Yaxşı xəbər odur ki, vaxtınızın pilotu siz özünüzsüz.
Klassik, kvant və nisbi mexanikanın zamanla bağlı nəzəriyyələrinin heç biri zaman oxunun tərifini verə bilməmişdir.
Qədim alimlərin bir fikrinə də əsaslansaq zaman hərəkətdən asılıdır. Zaman hərəkətin ölçü vahididir. Zaman haqqında maraqlarımız bizi fərqli yorumlarla qarşılaşdırsa da bizim üçün zaman dünən, bu gün, sabahdır, həyat rejimimizi idarə edən sistemdir.
Amma, onun həyatımızı idarə etməsi məncə mümkün deyil. Zamana uyğun hərəkət etsək də, planlar qursaq da, fəaliyyətimizdən, yaşayış tərzimizdən asılı olaraq da zamanı qabaqlaya da bilərik.
Hərəkət, öyrəniş, yaşayış surəti hər kəsdə fərqli olduğu üçün zaman anlayışına da fərqli münasibət hökm sürür.
Zamanı qabaqlamağı bacaranların varlığı gələcəyə xoş ümidlərin əsasını təşkil edir.
Zamana təslim olanlar isə onun hökmünü qəbul edən fəaliyyətsiz insan sürüsüdür.
Uğur və uğursuzluq arasında bir boşluq dayanır ki, onun da adı “mənim vaxtım yoxdur” kəlməsidir. Boşuna sərf edilmiş vaxt yeganə tullantıdır ki, onu təkrar emal etmək olmur.
Zaman özü vaxtını öldürmək istəyənlərin axırına çıxır.
Adi insanlar vaxtlarını necə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı.
Sabah nə olacağını bilmədiyimiz halda ömürlük planlar qurmaq isə ağılsızlıqdır.
Həyatımızı zamana görə planlaşdırmayaq. Hər dəqiqəmizin qədrini bilək. Boş zaman keçirməyək.
Zamanın hökmünə inanmayaq. Zamanı idarə etməyi öyrənək.
Verilən ömrün qədəri bilinmir.

SƏNUBƏR