Xankəndidə səsvermənin böyük siyasi mənası var – İlham Əliyev

0
40

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu bəyan edib.

vlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirdi.

Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlham Əliyev və onun ailə üzvləri Xankəndidə seçki məntəqəsində səs veriblər.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.