Üçtərəfli görüşün birinci günü başa çatdı

0
58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyan və Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Barbok arasında üçtərəfli görüş keçirilib. Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi məsələləri müzakirə edilib. Nazir Mirzoyan görüşün və danışıqların keçirilməsinə görə alman tərəfinə təşəkkürünü bildirib”.

Üçtərəfli görüşdən sonra Mirzoyan və Bayramov ikitərəfli formatda danışıqlar aparıblar. Razılaşmaya əsasən, müzakirələr fevralın 29-da davam etdiriləcək.