Paşinyan Münxendə bu kəndləri qaytarmağa razılaşıb, lakin… – DETALLAR

0
124

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim partiyanın deputatları ilə keçirdiyi qapalı iclasın təfərrüatları haqda məlumat yayılıb.

“Hraparak” nəşri 2,5 saat davam edən qapalı görüşdə Münxen görüşünün müzakirə edildiyini yazır.

“Görüşün əvvəlində Paşinyan Əliyevlə Qərb platformasında təmasların bərpasının müsbət hal olduğunu deyib. Münxendə razılıq əldə edildiyini, XİN rəhbərlərinin də görüşəcəyini bildirib. Lakin qeyd edib ki, sülh prosesi qeyri-müəyyən mərhələyə qədəm qoyub, bununla bağlı sıfır vəziyyət yaranıb, çünki Azərbaycan yeni tələblər irəli sürür. Hazırda bu tələb 4 kəndin qaytarılması (Qazaxın anklav olmayan kəndləri-red) ilə bağlıdır. Paşinyan deyib ki, Münxendə Əliyevlə görüşdən əvvəl bu tələbi avropalı həmkarları ilə müzakirə edib. Əliyevin tələbilə razılaşdığını deyib, lakin bir şərti var ki, Azərbaycan Ermənistan “ərazilərindən” çıxmalıdır” – nəşr yazıb.

“Azərbaycan Ermənistan “ərazilərindən” çıxmalıdır” məsələsi ordumuzun sərhəddəki mövqeləri ilə bağlıdır. Azərbaycan Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə nəzarət edir, Ermənistan isə iddia edir ki, bu ərazilər onlara “məxsusdur”. Paşinyanın iddiası da bundan qaynaqlanır.

“Hraparak” qeyd edir ki, Paşinyan görüşdə Zəngəzur dəhlizindən də bəhs edib. İddia edib ki, Rusiya dəhliz planına nail olmaq üçün Ermənistanda hakimiyyət dəyişikliyi planlaşdırır.