İrəvandan sərhədlərlə bağlı AÇIQLAMA: bir neçə ay ərzində…

0
52

Çox güman ki, iki-üç ay ərzində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə layihənin metodologiyası komissiyalar tərəfindən istifadə olunacaq.

Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Birinci mərhələdə Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri iş prosedurunu müzakirə etdilər və təsdiq etdilər. Bu da mahiyyət etibarilə bizim təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili yollarını təsvir edir. Hazırda biz daha çox metodoloji təsviri ehtiva edən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Biz bu işi başa çatdırandan sonra hər iki ölkə bu sənədi məzmunundan və hansı konsensusa gəldiyimizdən asılı olaraq, çox güman ki, qanun layihəsi şəklində yayacaq”, – Qriqoryan bildirib.

Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sergey Baqratyan ondan soruşub: “Demarkasiya və delimitasiya prosesinə gələndə yol xəritəsi varmı? Baş nazirin müavini cavabında deyib: “Düşünürəm ki, əgər biz fundamental mövqelərimiz çərçivəsində qalsaq və sənədin hazırlanmasında iş və məntiq Alma-Ata Bəyannaməsinə əsaslanarsa, onda 2-3 ay ərzində biz iş metodologiyasını ehtiva edən əsasnamə layihəsini əldə edə biləcəyik. Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi xeyli vaxt aparacaq, amma ən azından hamımız nə etdiyimizi anlayacağıq”.