İrəvan bəyan etdi: Bakıdan sülh sazişi ilə bağlı təklif almışıq

0
73

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O bildirib ki, iki ölkənin xarici işlər nazirləri növbəti görüşdə sülh müqaviləsini müzakirə edəcəklər.

“Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur. Biz işləməyə davam edirik”, – Qriqoryan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.