2024-cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı

0
150

Biznes təlimçisi, psixoloq və motivator Alina Malinina yeni ildə maliyyə sahəsində uğurlu olmağın və pul qazanmağın yollarından danışıb.

Ekspert bu barədə Moslenta.ru-ya açıqlama verib. O, ilk növbədə ötən ili təhlil etməyi təklif edib.

“Ötən ili təhlil edin – hər kəs buradan başlamalıdır. Fikirləşin, daha yaxşısı, nələrdən məmnun olduğunuzu və nədən o qədər də məmnun olmadığınızı kağıza yazın. Gərgin və stressli vəziyyətlər yaranarsa, onlardan müsbət cəhətləri götürməyə çalışın. Hər şeydən müsbət dərslər çıxara və ən azı yeni təcrübə qazana bilərsiniz.

Keçən illər ərzində nələrə nail olduğunuzu mütləq yazın. Uğurlar gözünüzün qabağında olanda dərhal nə qədər iş görüldüyü və nə qədərinin hələ qarşıda olduğu sizə daha aydın olacaq. Əsas odur ki, düzgün istiqamətdə hərəkət edin və qazandığınız hər təcrübələrə minnətdar olun.

Siz həmçinin özünüzü tanımalı və istəklərinizi aydın şəkildə formalaşdırmalısınız. Sonra onları həyata keçirmək üçün tələb olunan məbləği müəyyənləşdirin və qarşınıza bir məqsəd qoyun. Biz adətən pulun özündən çox duyğulardan ilhamlanırıq. Nailiyyətə gedən yolda məhz emosiyalar sizə böyük dəstəyi verə biləcək. Məqsədə nail olmağın ondan çox yolunu təyin edin. Əlavə variantlar tərtib etməklə həm də təhlükəsizlik şəbəkəsi qurmuş olursunuz, odur ki, onlardan birini seçin və hərəkət keçin”, – ekspert bildirib.

Psixoloq ötən ildə əldə edə bilmədiyiniz hədəfləri 2024-cü ilə planlaşdırmağı tövsiyə edib. Ancaq çox vaxt istəklərimizin həyata keçməsinin arxasında qorxular dayanır. Buna görə də, əvvəlcə məqsədləri təhlil etməlisiniz, məsələn: “Məqsəd həyata keçirilsə, nə olacaq”. Psixoloqun sözlərinə görə, bəzi insanların qohumlarının qısqanc olduğunu düşünməsi və ya həyat yoldaşından ayrılmasına səbəb olacağı qorxuları da arzularımızın həyata keçməsinə mane olan kənar amillər arasında yer alır.

“Növbəti addım bu vəziyyətlərdə düzgün həll yolu tapmaqdır. Qorxularınız gerçəkləşərsə, bu zaman nə edə biləcəyinizi düşünməlisiniz. Məqsədlər və onların arxasında duran hər şeylə bağlı gərginliyi aradan qaldırmaq vacibdir ki, beyin sabotaj etməyi dayandırsın və məqsədə çatmağı təxirə salmasın”, – biznes təlimçisi izah edib.

Yekunda o, təlimdən istifadə etməyi məsləhət görüb. Bunun üçün nəticə əldə etdikdən sonra necə bir insan olacağınızı, özünüzü necə aparacağınızı və nə hiss edəcəyinizi, ətrafınızda kimlərin olacağını və sairi ətraflı təsvir etməlisiniz.