2024-cü il üçün QORXULU HESABAT: Yüz minlərlə insan…

0
168

Müharibələr, aclıq və quraqlıq səbəbindən köçün qarşısını almaq mümkün deyil. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin son hesabatında miqrasiyanın bu il rekord həddə çatacağı, dünyada böhranlı bölgələrə əlavə olunacaq yeni ölkələrin və mühacirlərin sayının əhəmiyyətli dərəcədə artacağı açıqlanıb.

Bu il Ukrayna, Şimali Afrika və Yaxın Şərqdəki siyasi qeyri-sabitlik və münaqişələr üçün daimi həll yolu tapılmasa da, 2024-cü ildə bu bölgələrdən qeyri-qanuni immiqrasiyanın rekord həddə çatacağı təxmin edilir. Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) müharibə və münaqişələr səbəbindən köçkünlərin sayının 2024-cü ildə artacağını proqnozlaşdıran yeni hesabat dərc edib. Miqrasiya ilə bağlı geniş araşdırmalar aparan beyin mərkəzi 2024-cü ildə dünyanın bir çox ölkəsində keçiriləcək milli və ya regional seçkilər səbəbindən miqrasiyanın mühüm bir mövzuya çevriləcəyini vurğulayır.

2024-cü il üçün pessimist tablo

Hesabatda ötən il silahlı qarşıdurmaların və geosiyasi gərginliyin artması nəticəsində köçkünlüklərdə həyəcanverici artım müşahidə edildiyi, rekord rəqəmə çatdığı xatırladılır: “İlkin məlumatlar Aİ-də 21,2 faiz artım olduğunu göstərib. Bu məlumatlar 2023-cü ilin sonuna qədər bir milyon müraciətə işarə edir. 2016-cı ildən bəri qeydə alınan ən yüksək rəqəmdir”.

Geopolitik dinamika

Hesabatda ötən il miqrasiya hadisələrinin səbəbləri ilə bağlı aşağıdakılar qeyd olunur: “2023-cü ildə miqrasiyaya geosiyasi dinamika ciddi təsir göstərib. Afrikadakı hərbi çevrilişlər qeyri-qanuni mühacir axınının artmasına səbəb olub. Bu vəziyyət Aİ-nin ondan kənar ölkələrlə əməkdaşlığını daha da irəli aparıb. Daxili narahatlıqlar dünyanın bir çox yerlərində miqrasiyanın daha da artmasına səbəb olub. Məsələn, Pakistan, İran, Əlcəzair, Tunis kimi ölkələrdəki şərait təsirli idi. Bu tendensiyanın 2024-cü ildə də davam edəcəyi, yüz minlərlə insana təsir edəcəyi və miqrasiya axını potensialını artıracağı gözlənilir”.

Aİ İstedad Hövzəsi

Avropa və Avropa İttifaqında baş verən hadisələri əks etdirən hesabatda “Aİ İstedad Hövzəsi” adı altında Aİ hüdudlarından kənardan ixtisaslı işçi qüvvəsinin cəlb edilməsini dəstəkləyən geniş spektrli tədbirlər vurğulanır. Hesabatda bildirilir ki, 2024-cü il müvəqqəti müdafiədən yararlanan ukraynalıların Aİ-yə iqtisadi inteqrasiyası üçün mühüm il olacaq.

Fövqəladə sektorlara xəbərdarlıq

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin direktoru Maykl Şpindeleqqer hesabatın əksi ilə bağlı bunları deyir: “Bu il hər bir Aİ ölkəsində ukraynalı qaçqınların rəsmi məşğulluq səviyyəsi ən azı 50 faiz olmalıdır. Gələn il üçdə ikisi işlə təmin olunmalı və əmək bazarının ən aktual ehtiyaclarını nəzərə alan sektorlara yol tapmalıdır.”

Yeni sığınacaq siyasəti

Hesabatda həmçinin İtaliya və Albaniya arasındakı razılaşmaya bənzər sığınacaq tələblərinin xaricdən işlənməsi təcrübəsinin araşdırılması tövsiyə olunub. Həmçinin Serbiyaya vizasız girişin ləğvindən sonra sığınacaq axtaranların sayının artmasında göründüyü kimi, qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün bir vasitə kimi viza siyasətinin potensial effektivliyini vurğulanıb. Hesabat həmçinin siyasətçiləri geosiyasətin bir-birinə qarışması, böhran vəziyyətində olan ölkələrdə immiqrantların sayının artması və seçki kampaniyalarında immiqrasiyanın mərkəzi rolu kimi tendensiyaları izləməyə yönəldir.