Seysmoloqdan qorxulu xəbərdarlıq: – “Şəhəri tərk etmək mümkün olmayacaq”

0
147

“Paytaxtda güclü zəlzələ baş verərsə, şəhəri tərk etmək mümkün olmayacaq”.

Bunu açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib. Seysmoloq bildirib ki, güclü zəlzələ ehtimalına qarşı hər binanın toplanış yeri olmalıdır:

“Əgər Bakıda güclü zəlzələ baş verərsə, tıxaclara görə şəhəri tərk etmək qeyri-mümkündür. Mən dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə qabaqcıl tədbirlər görülməsi haqda müraciət etmişəm. Dünya təcrübəsindən istifadə edərək zəlzələ zamanı əhalinin təxliyə edilməsi ilə bağlı planlar cızılmalıdır”.

Bununla yanaşı, Ənvər Əliyev qeyd edib ki, məsuliyyətsiz mühəndislər tərəfindən tikilmiş evlər olduqca təhlükəlidir.