Qızılcanın yayılma səbəbləri nədir?

0
141

Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb, onlardan 35-i yaşlı insan olub. Qızılcaya kütləvi yoluxma halları Kürdəmirdə, Şəkidə müşahidə edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilib.

“Qızılca xəstəliyi virusla yayılır. İnsandan insana hava-damcı yol ilə keçir. Qızılca ilə mübarizədə əsas profilaktik tədbir peyvəndin tətbiq edilməsidir. Eyni zamanda, profilaktik tədbirlərə otaqların havalandırılması, gündəlik təmizləmə işləri aiddir.

Hərçənd, hər iki xəstəliyin törədicisi üçün giriş qapısı tənəffüs yollarıdır, COVİD-19 infeksiyası ilə qızılca xəstəliyi tamamilə müxtəlif viruslar tərəfindən törədilir və bunların arasında heç bir əlaqə yoxdur. Amma peyvənddən yayınma halları qızılcanın yayılma səbəblərindən biri ola bilər”, – məlumatda qeyd olunub.