Unutmayaq ki, Unudulmayaq

0
193

Bu gün Şəhid Azər Musazadənin üçüncü il dönümü qeyd olundu.

Tədbirdə şəhid ailələri,qazilər Çarxana kənd məktəbinin müəllim , şagird kollektivi, Texniki Universitetin müəllim kollektivi, müəssə, təşkilat rəhbərləri, axundlar, Qəbələ TV, kənd sakinləri iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş ruhana dualar oxunmuşdur
Şəhidin anası çıxış edərək,şəhidə dəyər verənlərə öz təşəkkürünü bildirmişdir

Tədbir ata ocağınada ehsan süfrəsi arxasında davam etmişdir

Qəbələ rayonu Şəfili kəndi

Azər Musazadə 25 iyun 1998-ci ildə Qəbələ rayonunun Şəfili kəndində anadan olmuşdur. 2004-cü ildə Qəbələ rayon Şəfili kənd tam orta məktəbinə getməyə başlamış, 2009-2015-ci illərdə şəhid Elbrus Məmmədov adına Çarxana kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil almışdır.

Azər Musazadə 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 29 sentyabr 2020-ci ildən könüllü olaraq hərbi xidmətini davam etdirmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Azər Musazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azər Musazadə 13 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 30 noyabr 2020 ci ildə Qəbələ rayonunun Şəfili kəndində torpağa tapşırılmışdır.

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri