Rusiya nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxdı?

0
660

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin (CTBT) ratifikasiyasını geri götürməsi barədə qanun imzalayıb.

Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qeyd edək ki, müqavilə 24 sentyabr 1996-cı ildə Nyu-Yorkda imzalanmış və 27 may 2000-ci ildə ratifikasiya edilmişdi. Müqavilə bütün növ nüvə sınaqlarının dayandırılması üçün əsas beynəlxalq hüquqi sənədə çevrilməli idi. Bununla belə, nüvə silahına və ya onu yaratmaq potensialına malik olan 44 dövlətdən səkkizi tərəfindən ratifikasiya edilmədiyi üçün bu günə qədər qüvvəyə minməyib.

Əlavə edilən materiallarda qeyd olunduğu kimi, qəbul edilmiş qanun nüvə silahlarına nəzarət sahəsində öhdəliklərin paritetini bərpa etmək üçün hazırlanıb. Eyni zamanda, aydınlaşdırılır ki, sənəd Rusiyanın ratifikasiya sənədini geri çəkməsi üçün hüquqi əsas yaradır, lakin ölkənin CTBT-dən çıxmasını nəzərdə tutmur.

Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minir.