Rusiya hansı dəyərlərə arxalanaraq addım atır? – Putin AÇIQLADI

0
116

“Rus xalqının adət-ənənələri və dəyərləri sarsılmazdır, onları kökündən qoparmaq mümkün deyil”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Rusiya Xalq Şurasının iclasında videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

O bildirib ki, ruslar Böyük Vətən Müharibəsi illərində “əbədi ənənələrə” sədaqət göstərib.

“Bu gün də belə davam edəcək, onu kökündən qoparmaq olmaz, Rusiyanın əsası, mahiyyəti, xalqın mahiyyəti budur”, – dövlət başçısı bildirib.

Putin Rusiyanın ənənələrə arxalanaraq yalnız irəliyə baxacağını vurğulayıb:

“Biz həmişə irəliləyəcəyik, lakin biz həmişə qədim ənənələrimizə və mənəvi köklərimizə arxalanacağıq”.