Raket və anti-PUA… – Ermənistan Hindistandan yeni silahlar alır

0
305

Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) əleyhinə sistemlər alacaq.

Bu barədə “Eurasian times” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan artıq Hindistandan reaktiv yaylım atəş sistemləri və raketlər alıb, indi növbədə anti-PUA-lar var.

“Yeni Dehli Ermənistana hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır”, – nəşr qeyd edir.

Hərbi mənbələr nəşrə bildirib ki, Ermənistan və Hindistan ZADS (anti-dron sistemləri) sistemlərinin satışı üçün müqavilə imzalayıb