Qrip əleyhinə vaksinasiya pulsuz həyata keçiriləcək – RƏSMİ

0
109

Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək.

Bu barədə Respublika Gigiyena və Epidemologiya Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.