Qazın qiymətində görünməmiş artım gözlənilir – Deputatdan xəbərdarlıq

0
365

Ermənistanda qazın qiymətində böyük artım gözlənilir.

Bu barədə Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan “Facebook” səhifəsində paylaşım edib.

“Son illər və xüsusən də son aylarda dizel yanacağının qiyməti anlaşılmaz şəkildə artır. Əgər maye qazın qiyməti aylar əvvəl 160 dram idisə, indi 220 dramdır. Artıq 1 litr “Premium” benzin 570 drama satılır.

Davamlı inflyasiyanın heç bir əsası və izahı yoxdur. Belə çıxır ki, nəzarət olmadıqda iqtisadi səbəblər olmadan inflyasiya baş verir, vətəndaşlara ziyan dəyir.

Qeyd edim ki, heç bir Aİİ dövlətində belə biabırçı qiymətlər yoxdur. Hər yerdə, Rusiyada, Qazaxıstanda, Belarusda dizel yanacağı üç dəfə ucuzdur.

Məsələ ilk növbədə Rəqabətin Müdafiəsi Komissiyasının səlahiyyətinə aiddir. Ancaq bu komissiyadan nə gözləyirsiniz ki, aylar əvvəl komissiyanın sədri dizel yanacağının qiymətinin artırılması məsələsindən danışarkən, Ermənistanda benzinin qiymətinin hələ də bir qədər aşağı olduğunu açıqladı.

Çox güman ki, məhz bu ifadə benzinin idxalı və satışı ilə məşğul olan iş adamlarına qiyməti daha da artırmağa imkan yaradıb.

Məndə olan məlumata görə, yaxın vaxtlarda qazın qiymətində də görünməmiş artım gözlənilir”.