“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq

0
284

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

Dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

“Qarabağ” II təsnifat mərhələsinin MOİK – Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.