Məhkəmə Xaçaturyanla bağlı qərar verdi: Anlaqlı olub

0
298

Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.

Bu barədə Vaqif Xaçatryan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib.

Rəydə qeyd edilib ki, V.Xaçatryan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.

İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 N-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284-2023 N-li rəylərindən görünür ki, Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilib, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənib, əmələgəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir.