İrəvan separatçılarla bağlı qəti qərarı verdi: Onları saxlamaq böyük təhlükədir

0
321

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan separatçıların “dövlət qurumları”nın saxlanmasını Ermənistan üçün təhlükə hesab edir.

Simonyan bu barədə mətbuat konfransında bildirib.

“Mən “artsax”da dövlətçilik yaratmaq və ya burada bəzi “dövlətçilik institutları”nı saxlamaq və ya inkişaf etdirmək məqsədini görmürəm. Mən bunu Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm”, – Simonyan deyib.

Bundan əvvəl Ermənistan Respublikasının xüsusi təyinatlı səfiri Edmon Marukyan da separatçıların qurumlarının Ermənistanda saxlanmasının təhlükəsizliyə təhdid olduğunu bəyan edib.