Hindistan Ermənistana bu silahdan da göndərəcək

0
403

Hindistan Ermənistana 30 mm və 40 mm çaplı qumbaralar tədarük edəcək.

Bu barədə IADN məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistana 150 min ədəd qumbaraatan “Munitions India Limited” şirkəti tərəfindən çatdırılacaq. Qəzet qeyd edir ki, Hindistan 2 ay əvvəl Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı güllə verib.

Bundan əvvəl, bu ilin avqustunda Hindistanın Müdafiə Araşdırmaları Qanadı Ermənistanın Hindistandan 6 ədəd ATAGS 155 mm-lik haubitsa aldığını bildirmişdi. Bu barədə yerli “Bharat Forge Ltd” müdafiə şirkətinin rəhbəri Babu Kalyani məlumat verib.

Bu, Hindistanla imzalanmış iri müqavilə çərçivəsində Ermənistana çatan ilk partiya idi. Müdafiə sazişi Ermənistana 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS tədarükünü nəzərdə tutur.

Bundan əlavə, növbəti 3 il ərzində Ermənistana mərhələli şəkildə daha 84 haubitsa verilməlidir.