Hər zaman qəlblərdə yaşayacaqsız – FOTO

0
404

Qəbələ rayonu Savalan kənd şəhid Əhmədov Mikayıl Hümbət oglunun üçüncü il dönümü qeyd olundu.
Tədbirdə şəhidin ailə üzvləri, məktəb müəllim kollektivi, şagirdlər axundlar, kənd sakinləri,icra nümayəndəsi,Qızıl Aypara cəmiyyətinin sədri, şəhid ailələri,qazilər, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, Qəbələ TV,Qanun keşiyində qəzetinin redaktoru, iştirak etdi
Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş, ruhana dualar oxunmuşdur

Şəhidin ailəsinə başsağlığı vermişdilər.

Şəhid əsgər Əhmədov Mikayıl 1993 ci il iyul ayının 24-ü Qəbələ rayonu Savalan kəndində dünyaya gəlib. Orta təhsilini Savalan kənd məktəbində alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bitirmişdir. Hərbi xidmətini bitirəndən sonra Savalan kəndi məscidinin fəaliyyəti üçün çalışmışdır. Əhmədov Mikayıl İkinci Qarabağ müharibəsinə 2020 ci il 5 oktyabrda getmişdir. Müharibədə bir neçə yerin düşməndən azad olunmasında yaxından iştirak etmişdir. Şəhid Əhmədov Mikayıl 2020 ci il 2 noyabr tarixində Şuşa yaxınlığında Daşaltı kəndində qəhrəmancasına şəhid olmuşdur. 2020 ci il 3 noyabrda Qəbələ rayonu Savalan kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət etsin

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri