Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

0
86

“Sizi (Bolqarıstan Prezidenti Rumen Radev – red.) Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib.

X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib:

“Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə, əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram – keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük”.