Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti AÇIQLANDI

0
111

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.