Bu, qadınlarda sonsuzluq riskini 40% artırır

0
99

Qida və içməli suyun tərkibində olan toksinlər qadınların reprodiktivliyinin 40% azalmasına səbəb ola bilər.

Tədqiqatın nəticələrini “Science of the Total Environment” nəşri Sinay dağındakı İkan Tibb Məktəbinin alimlərinə istinadən dərc edib.

Eksperimentdə uşaq sahibi olmaq istəyən 18-45 yaş arası 1032 qadın iştirak edib. Mütəxəssislər onların 2015-2017-ci illərdə götürülmüş plazma nümunələrini tədqiq edib, sonra nümunələrdə per- və poliftoralkil maddələrin (PFAS) səviyyələrini ölçüblər.

Bu kimyəvi maddələrin daha yüksək konsentrasiyası hamilə qalma şansının azalması ilə birbaşa əlaqəli olub. Beləliklə, övlad sahibi olmaq və sağlam ilk uşaq dünyaya gətirmək şansı 30-40 faiz azalıb. Ən ağır təsirlərə perfluorodekanik turşu (PFDC) səbəb olub.

İndi mütəxəssislər bu cür maddələrin qadınlarda sonsuzluğa təsirini daha ətraflı öyrənmək istəyirlər, bu, müalicə üsullarını tapmağa kömək edəcək və ümidsiz cütlüklərə uşaq sahibi olmağa ümid verəcək