ABŞ dünya üçün problem mənbəyidir – Çin XİN

0
124

Antoni Blinkenin Çinin Rusiyaya ağır silahlar tədarük edəcəyi ilə bağlı iddiaları əsassızdır.

Bunu mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib. O, ABŞ dövlət katibi Antoni Blinkenin iddialarını təkzib edib.

Venbin ABŞ-ın əsl mahiyyətini, onun dünya üçün problem mənbəyi olduğunu göstərmək üçün kifayət qədər dəlil olduğunu söyləyib.

O, ABŞ-ın Rusiya-Ukrayna döyüş bölgəsində ən böyük “silah mənbəyi” olduğunu vurğulayaraq, Ukraynaya 500 milyon dollarlıq silah yardımı edəcəyi barədə bəyanatı xatırladıb.

Venbin ABŞ-ın Əfqanıstandakı strategiyası ilə də bağlı açıqlama verib:

“ABŞ-ın Əfqanıstanda “son Əfqan kimi mübarizə” strategiyası ilə nə etdiyini hamımız gördük. İndi o, Ukraynanın “son ukraynalıya qədər vuruşmasını” istəyir? “Biz ABŞ-ın Çin-Rusiya münasibətlərini ittiham etməsini və hətta təzyiq göstərməsini qəbul etmirik”