Koronavirusa qarşı peyvənd bu xəstəlikləri yaradırmış: Təzminat ödəniləcək

0
142

Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyada 253 nəfər təzminat alacaq.

Almaniyada koronavirusa qarşı vaksinlərin yaratdığı ağır yan təsirlərə görə edilən təzminat müraciətlərindən 253-ün haqqında müsbət qərar verilib.

Bildirilir ki, hələ minlərlə ərizə isə öz təsdiqini gözləyir.

Qeyd edilir ki, ürək-damar əzələlərinin iltihabı, venoz sinus trombozu və bir sıra sinir xəstəlikləri koronavirus peyvəndinin ciddi yan təsirləri hesab olunur.