İş yeri, zəfər yolu

0
981

Zəfərin böyüyü, kiçiyi olsa da gözütox insanlar üçün istədiyinə nail olmaqdır.
Cəfakeş, zəhmətkeş, qabiliyyətli insanların iş yerində kiçik bir irəliləyişi də, maddi qazancının kiçik bir artımı da zəfərdir. Əks mövqedə duranlara bu zəfər əlçatmazdır, onlara səhvən verilən məqam da müvəqqətidir.
Hansı bir işə sahib olsaq onun zəfəri bizim qabiliyyətimizdən asılıdır. İş yerini doğma ünvan sayanlar bütün əziyyətlərini fəda edirlər. Qazanc zəhmətsiz əldə olunmur.
Xadimədən yüksək vəzifədə duranlara qədər hər bir insan bacarıqları qarşılığını əldə edirlər.
Kiçik zəfərləri böyük zəfərlərlə müqayisə etməyək. Hər bir işin sahibinin zəfəri təqdirəlayiq münasibətə layiq olmaqdır.
İdman oyunlarında qazanılan zəfərləri də unutmuruq. Yarışlarda iştirak da bir zəfərdir.
Ölkələr arasında zəfərlər də müxtəlif sahələri əhatə edir. Bizim ölkəmizdə əmək, oyun, təhsil qabiliyyətli insanların sayı bir çox ölkələrdən irəlidə yer alır.
Təəssüf etməliyik ki, zəhmətinin qiymətindən narazı qalanların çoxu da bizim ölkəmizdədir. Plkənin varidatının düzgün bölünməsinə şübhə edənlərin çoxu zəif qabiliyyətə mənsub insanlardır.
İş qabiliyyətinə uyğun olmayan yerlərdə çalışanlar olduğunu isə inkar etmək mümkün deyil. Bir çox ali təhsilli insanın sürücü işləməsi, bir çox yüksək vəzifədə çalışanların qabiliyyətsizliyə zəfər yolunu görünməz edir.
Bu yolun açılışının ölkə varidatının yüksəlişi ilə mümkün olacağına inamımızı itirməməliyik. Yüksək vəzifələrdə duranların ardı-arası kəsilməyən cəzaları vicdanlı ölkə simvolunu bərpa edəcəkdir.
Hər bir kəs işində vicdanlı olarsa madiyyatın, diqqət və qayğının düzgün paylanışı ilə zəfər yolumuz daim açıq olacaq.
Sənubər