Azərbaycan vətəndaşları artıq Qazaxıstanda 90 gün müddətində vizasız qala bilərlər

0
105

Bu gündən Avrasiya İqtisadi Birliyi (AİB) vətəndaşları da daxil olmaqla, immiqrantların Qazaxıstana girişi və qalmasının yenilənmiş qaydaları qüvvəyə minir.

Bu barədə Qazaxıstan DİN Miqrasiya Xidməti Komitəsinin xarici miqrasiya şöbəsinin rəisi Əsgər Aldongərov bildirib.

Məlumata əsasən, AİB-ə üzv dövlətlərin (Ermənistan, Belarus, Qırğız Respublikası, Rusiya), həmçinin Azərbaycan, Tacikistan, Ukrayna vətəndaşları 180 gün ərzində Qazaxıstana vizasız daxil ola və 90 gün ölkədə qala bilərlər.

Qalma müddəti şəxsin sərhədi keçdiyi andan hesablanır və müvafiq olaraq, yanvarın 27-dən sonra ölkəyə daxil olan əcnəbilərə artıq yeni qaydalar tətbiq olunacaq.

O da qeyd olunub ki, miqrasiya qanunvericiliyinə müvafiq dəyişikliklər yanvarın 17-də respublika hökuməti tərəfindən təsdiq edilib.