2023-cü ildə Ukrayna müharibəsində nələr gözlənilir? – VİDEO

0
195

Bir ilə yaxındır ki, davam edən Rusiyanın Ukraynada apardığı müharibə günü-gündən şiddətləndikcə dünyanın da bir nömrəli siyasi və iqtisadi düyününə çevrilir. Son aylar Rusiyanın başda paytaxt Kiyev daxil olmaqla demək olar ki, Ukraynanın bütün şəhərlərini uzaqmənzilli raket atəşinə tutması, Ukraynanın isə təmas xəttində Rusiyaya ciddi itki verməsi vəziyyəti daha da barışmaz edib. 

Beynəlxalq ekspertlər bu minvalla müharibənin uzunmüddətli olması proqnozlarını verməyə başlayıblar. Lakin bu fonda Ukrayna siyasi elitasının aparıcı deputatları anidən müharibənin bu il bitəcəyi açıqlaması ilə çıxış ediblər. 

Ukrayna Ali Radasının deputatı Yaroslav Yurçişin Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, bu ilin ortasına qədər hər şey yekunlaşa bilər.

“Ukrayna, xüsusən onun Silahlı Qüvvələri bütün dünya üçün 2022-ci ilin əsas kəşfi oldu. Rusiyanın bir neçə aya Ukraynanı işğal etmək arzusu Avropada son onilliklərin ən uzunmüddətli müharibəsinə çevrildi. Bu müharibəni dayandırmağın yolu bütün inkişaf etmiş dünyanın, demokratik ölkələrin fəal yardımından keçir. Çünki Rusiya iqtisadiyyatının bloklanmasının güclənməsi, sanksiya siyasəti üzrə beynəlxalq aksiyaların güclənməsi müharibənin bu il başa çatmasına, Ukraynanın ərazilərini işğaldan azad etməsinə gətirib çıxaracaq”, – deyə o qeyd edib.

Baku TV-nin videosunu təqdim edirik: