Vətənin unudulmaz qəhrəmanları

0
187

Bu gün Qəbələ rayon Soltanuxa kənd şəhid Qoşqar Üzüeyirov Müşfiq oglunun ikinci il dönümü qeyd olundu.

Qoşqar Üzüeyirov hərbi xidmətdə olarkən Xocavənd ugurunda gedən döyüşlərdə şəhid olmuşdur

Tədbirdə rayon icra başçısı öz heyyəti ilə, Mingəçevir şəhid ailələri, , Qəbələ şəhid ailələri, qazilər, ruhanilər, Qəbələ TV, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi,İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, kənd sakinləri, müəllimlər, Qızıl Aypara cəmiyyətinin sədri,ailə üzvləri iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur.

Şəhidin anası çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdi.

Sonra şəhid ailələri çıxış edərək ailə üzvlərinə başsağlığı vermişdi.

Şəhidin adına inşa olunmuş abidənin açılışı olmuşdur.
Azərbaycan Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Vəndam qəsəbəsi bir nömrəli orta məktəbin şagirdi Nihat Callatov şəhid anasına həsr olunmuş şeir söyləmişdir.
Məktəblilər kompazisiya nümayiş etdirmişdir

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Təranə Alməmmədova

“Xarıbülbül Əbədi Məclisin” , Dünya Azərbaycanlı Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri