Şuşa Fatehin Rəhimov Fariz

0
210

Bu gün Qəbələ rayon Əmirvan kənd şəhidi Fariz Zahiri oglu Rəhimovun ikinci il dönümü qeyd olundu.

Şəhid Rəhimov Farizin il dönümündə Qəbələ rayon icra başçısı öz heyyəti ilə, Qəbələ TV, Xəbər AZ medya nümayəndələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri,yazarlar, qazilər, şəhid ailələri, məktəblilər, kənd sakinləri, axundlar iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin anası Şərafət xanım çıxış edərək ,öz övladının qəhrəmanlığından danışmış, gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Tədbirdə iştirak edən qonaqlar şəhidin ailəsinə başsağlığı vermişlər.
Məktəblilər kompazisiya nümayiş etdirmişdir.

Qəbələ rayon bir nömrəli orta məktəbin birinci sinfi şagirdi Ayla Abdurahmanova şeirlər söyləmişdi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Təranə Alməmmədova

“Xarıbülbül Əbədi Məclisin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri.