Şəhidim nece də ucadır adın!

0
201

Bu gün Qəbələ rayon Nohurqışlaq kənd şəhid Abışov Bəhruz Zabit oglunun ikinci il dönümü qeyd olundu.

Abışov Bəhruz hərbiçi idi.
Xüsusi təyniyatli Polkovnik Leytenant rütbəsi almışdır.
Ailəli olub iki kiçik az yaşlı övladı var.

Tədbirdə rayon icra başçısı öz heyyəti ilə, Qəbələ TV, AZ TV, medya nümayəndələri, Nohurqışlaq kənd məktəbin müəllimi kollektivi şagirdləri ilə, şəhid ailələri, qazilər, ruhanilər,kənd sakinləri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, yazarlar iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Sonra şəhidin anası çıxış edərək öz övladı ilə qürür duyduğunu söyləmişdir.
Gıxış edənlər şəhid Polkovnik Leytenant Bəhruz Abışovun qəhrəmanlıgından danışmışlar.
Sonra söz məktəblilərə verilmişdir.
Şagirdlər şeir kompozisiyalar nümayiş etdirmişdir.

Qəbələ rayon Vəndam qəsəbəsinin bir nomreli tam orta məktəbin birinci A sinif şagirdi Ayla Abdurahmanova şəhid anasına həsr olunmuş şeiri ilə anaya təsəlli olmuşdur.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

“Xarıbülbül Əbədi Məclisin “, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri