“Səssiz qatil”in ilkin əlamətləri – Həkim açıqladı

0
33

Yumurtalıq xərçənginin ilkin əlamətləri tez-tez şişkinlik və daimi toxluq hissidir.

Bu barədə həkim Stefani Ooi “The Sun”-a danışıb.

Həkim xəbərdarlıq edib ki, yumurtalıq xərçənginin əsas təhlükəsi açıq-aydın simptomların, yalnız xəstəlik inkişaf etmiş bir mərhələyə çatdıqda ortaya çıxmasıdır. Buna görə onu “səssiz qatil” adlandırırlar. Ancaq bədəndə baş verən hər hansı bir dəyişikliyi diqqətlə müşahidə edə bilsəniz, xəstəliyin əlamətləri erkən mərhələdə aşkar edilə bilər.

Yumurtalıq xərçənginin ilk xəbərdaredici əlamətlərindən biri yemək yediyiniz zamandır. Həkim qadınların yemək yeyə bilmədiyi və ya qəfildən iştahasını itirdiyi halda ginekoloqun müayinəsindən keçməyi tövsiyə edib. Xəstəliyin erkən əlamətləri arasında müntəzəm şişkinlik və daimi toxluq hissi də var.

Ooi əlavə edib ki, kürək, mədə və ya cinsi əlaqə zamanı olan ağrılar da yumurtalıq xərçənginin inkişafından xəbər verə bilər